10 sentyabr 2012 12:33
Foqts köməkçisini Belfasta göndərdi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də, Belfast şəhərində Şimali İrlandiya - Lüksemburq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Olaf Yansen qeyd olunmuş qarşılaşmanı izləyəcək.
Xatırladaq ki, Şimali İrlandiya və Lüksemburq yığmaları DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda mübarizə aparır. Qrupun digər komandaları Portuqaliya, Rusiya və İsrail yığmalarıdı.
