10 sentyabr 2012 12:42
Eysebio: Azərbaycan ilə oyunda bizi yalnız qələbə qane edir
Dünya və Portuqaliya futbolunun canlı əfsanəsi Eysebio DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycanla oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Lüksemburqda bizim üçün əsas 3 xalı qazanmaq idi ki, uşaqlar bunu bacardılar. Lakin indiki vəziyyət daha önəmlidi, nəinki startdakı. Burda da bizi yalnız qələbə qane edir. Təəssüf ki, mən ilk oyuna baş çəkə bilmədim. Amma Azərbaycanla oyunu Braqada canlı izləyəcəm. Komandamızı mütləq dəstəkləyəcəm”.

Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu sabah keçiriləcək.