10 sentyabr 2012 00:44
Berti Foqts Portuqaliyaya qarşı start heyətini müəyyənləşdirib
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun üçün start heyətini demək olar ki, müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis böyük ehtimalla Braqada baş tutacaq səfər matçına bu heyəti buraxacaq:
Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Mahir Şükürov, Ruslan Abışov, Aleksandr Çertoqanov, Rahid Əmirquliyev, Vüqar Nadirov, Branimir Subaşiç, Vaqif Cavadov.
Kamran Ağayev, Maksim Medvedev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Mahir Şükürov, Ruslan Abışov, Aleksandr Çertoqanov, Rahid Əmirquliyev, Vüqar Nadirov, Branimir Subaşiç, Vaqif Cavadov.
Qeyd edək ki, hələlik Mahirlə Vaqifin bu oyuna çıxması bir qədər sual altındadı. Çünki, Şükürovun yüngül zədəsi, Cavadovun isə hərarəti var.
