10 sentyabr 2012 13:01

Ronaldonun aqibətinə milli komandamızla oyundan sonra aydınlıq gətiriləcək

Bu həftə Portuqaliya yığmasının lideri Kristiano Ronaldo ilə İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres və baş məşqçisi Joze Mourinyo arasında görüş keçiriləcək. Azerisport.az xəbər verir ki, görüşün keçirilməsinə səbəb son dövrlər bu futbolçunu Madrid təmsilçisində xoşbəxt olmadığına dair şok açıqlamalarıdı.
 
Böyük ehtimalla görüş sabah keçiriləcək Azərbaycanla Portuqaliya arasındakı seçmə mərhələ oyunundan sonra baş tutacaq. Ronaldonun yığmadan kluba döndükdən sonrakı ilk işi məhz rəhbərliklə mövcud narazılığı aradan qaldırmaq olacaq. Lakin tərəflərin razılığa gəlib-gəlməyəcəyi hələlik dəqiq bilinmir.
 
Ünlü AS nəşrinin yazdığına görə, Ronaldonu narazı salan əsas məqamlardan biri ondan ibarətdi ki, onun 2015-ci ildə başa çatacaq müqaviləsinin yenilənməsi yönündə heç bir danışıqlara start verilməyib. Halbuki, Di Mariya, Albiol, Arbeloa və İquayn ilə oxşar danışıqlar aparılıb və razılıq əldə olunub. Bundan başqa Ronalo Avropanın ən yaxşı futbolçusunun seçimlərində “Real” rəhbərliyinin onu lazımınca dəstəkləməməsindən də narazıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.