11 sentyabr 2012 12:52
Yığmamızın rəqibləri AÇ-nin pley-off mərhələsində
Futbol üzrə gənclərdən ibarət yığmalar arasında keçirilən AÇ-2013-ün seçmə mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, artıq pley-off mərhələsinin bütün iştirakçıları bəllidi.
On komanda qrup mərhələsini ilk pillədə başa vurmaqla AÇ-nin final mərhələsinə birbaşa vəsiqə qazanıb. Bunlar Rusiya, Almaniya, İsveç, Çexiya, Serbiya, İspaniya, İtaliya, İngiltərə, Fransa və Hollandiyadı.
Bundan əlavə öz qruplarında ikinci olmuş daha dörd komanda pley-off oyunlarında qüvvəsini sınayacaq. Bunlar isə Danimarka, İsveçrə, Norveç və Slovakiyadı.
Qeyd edək ki, Azərbaycan AÇ-2013-ün seçmə mərhələsində 8-ci qrupda mübarizə aparırdı. Komandamız İngiltərə, Norveç və Belçikanın ardından dördüncü yeri tutaraq yalnız İslandiyanı qabaqlaya bilmişdi.
