11 sentyabr 2012 01:38
Yığmamızın qrupunda bütün suallara aydınlıq gəldi
Futbol üzrə gənclərdən ibarət yığmalar arasında AÇ-2013-ün seçmə mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ötən gecə Azərbaycan millisinin yer aldığı 8-ci qrupda da son oyunlar keçirilib.
Belə ki, qrupumuzun aşkar favoriti İngiltərə doğma meydanda Norveçlə qarşılaşıb. Gözlənildiyi kimi, ingilislər qalib gələrək AÇ-nin final mərhələsinə birbaşa vəsiqə qazanıblar.
Günün digər oyununda isə Belçika İslandiyanı qəbul edib. Bu görüşdə də meydan sahibləri gülən tərəf olublar. Özü də darmadağınla.
Qeyd edək ki, yığmamız çıxışını daha erkən başa vurmuşdu. Komandamız bu seçmə mərhələni 7 xalla dördüncü pillədə bitirdi.
U-21-lər arasında AÇ-2013-ün seçmə mərhələsi
8-cu qrup
10 sentyabr
İngiltərə - Norveç – 1:0
Belçika – İslandiya – 5:0
|
İngiltərə
|
8
|
7
|
0
|
1
|
24-3
|
21
|
|
Norveç
|
8
|
5
|
1
|
2
|
13-7
|
16
|
|
Belçika
|
8
|
3
|
2
|
3
|
17-15
|
11
|
|
AZƏRBAYCAN
|
8
|
2
|
1
|
5
|
6-18
|
7
|
|
İslandiya
|
8
|
1
|
0
|
7
|
4-21
|
3
|
