11 sentyabr 2012 14:08

“Lüksemburq Portuqaliya yığmasına qol vura bilirsə, niyə biz də bunu etməyək”?

Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az saytına müsahibəsində millimizin bu gün Portuqaliya ilə oyundakı şanslarından danışıb.
 
- Yığmamızın Portuqaliya ilə oyunundan nə gözləyirsiz?
- Yaxşı oyun və nəticə gözləyirəm. İnanıram ki, komandamız buna nail olacaq.
 
- Sizin belə ümidli danışmağınız nə ilə bağlıdı?
- İsraillə son oyun da göstərdi ki, biz istəyəndə oynaya bilirik. Düzdü, bu dəfəki rəqibimiz Avropanın ən yaxşılarından biridi. Heyətində çoxlu ulduz futbolçular var. Amma onlara qarşı oynaya bilərik. Özü də belə futbolçulara qarşı oynamaq daha asan olur. Çünki belələri həm özləri oynayırlar, həm də rəqibə oynamaq imkanı yaradırlar. Qorxmaq lazım deyil.

- Belə ciddi rəqibə qarşı səfərdə necə oynamalıyıq?
- Şübhəsiz ki, biz müdafiədən oynamalıyıq. Lakin tam olaraq qapımıza sıxışıb qalmağımız da lazım deyil. Əks halda rəqib çoxlu qol epizodları yaratmaq imkanı əldə edəcək. Hücum barədə də düşünmək lazımdı.
 
- AÇ-2008-in seçmə mərhələsində bu komandaya qarşı iki oyunda iştirak etmisiz ki, hər ikisində millimiz uduzub (0:3, 0:2). Düşünmürsüz ki, indiki Portuqaliya daha təhlükəlidi?
- Portuqaliya həmişə güclü olub. Hətta Ronaldo və Nani olmayan dövrdə də. Amma bu futbolçular o dövrdə də bizə qarşı oynamışdılar. Etiraf edirəm ki, geridə qalan dövrdə Portuqaliya daha güclənib. İstənilən halda oynamaq lazımdı.
 
- Təkbətək mübarizələrdə çox təhlükəli olan bu futbolçuları necə dayandırmaq olar?
- Əlbəttə, çətin olacaq. Amma istənilən futbolçuya qarşı oynamaq olar. Əgər Lüksemburq bu komandaya qol vura bilirsə, minimal fərqlə uduzursa, niyə biz də fərqlənməyək, layiqli oyun nümayiş etdirməyək?
 
- Sizcə, hazırda yığmamızın ən zəif nöqtəsi qapıçı mövqeyidi?
- Biz bir qapıçı səhvini çox böyüdürük. Əgər Kamran İsraillə oyunda bir səhv edibsə, bu, o demək deyil ki, hər oyunda eyni şeyləri edəcək. Onun böyük təcrübəsi var. Ölkənin ən yaxşı qapıçısıdı. Düşünmürəm ki, Braqada hər şey o qədər faciəvi olacaq. Eyni zamanda təəssüf edirəm ki, Kamran özünə oynaya biləcəyi klub tapa bilmədi. İstənilən halda inanıram ki, Ağayev millidəki ən yaxşı oyunlarından birini göstərə biləcək.
 
- Bu oyuna proqnozunuz?
- İstərdim ki, komandamız uduzmasın. Heç-heçə çox yaxşı nəticə olardı. Amma 0:1, 0:2 hesablı yenilgiləri də faciə saymamaq olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.