11 sentyabr 2012 14:24
İnter Sumqayıtla oyuna hazırlaşır (FOTO)
Dünəndən etibarən “İnter” Premyer Liqanın 5-ci turu çərçivəsində “Sumqayıt” komandasıyla keçiriləcək oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, görüşə "Şəfa" stadionunda hazırlaşan "İnter" dünən axşam məşqinə çıxıb.
Bu gün daha iki məşqin keçirilməsi planlaşdırılır. Səhərki məşqdə futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar və topla hərəkətlər ediblər. Axşam məşqi isə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “İnter” - “Sumqayıt” matçı sentyabrın 15-də keçiriləcək. Oyun"Şəfa" stadionunda baş tutacaq. Qarşılaşma saat 19.00-da başlayacaq.
