11 sentyabr 2012 14:37
Qarabağ - AZAL matçının yeri dəyişdirildi
Məlum olduğu kimi, “Qarabağ” Premyer Liqanın 5-ci turunda AZAL-la üz-üzə gələcək. Azerisport.az xəbər verir ki, sentyabrın 16-da baş tutacaq adı çəkilən oyuna “Qarabağ” ev sahibliyi etməli idi.
Lakin ölkəmizdə 17 yaşlı qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar olaraq “Qarabağ”ın cari mövsüm sifariş etdiyi Tofiq Bəhramov adına stadionunda son tamamlama işləri gedir. Belədə qarşılıqlı razılaşma əsasında “Qarabağ” - AZAL mücadiləsində ev sahibi dəyişib. Ayın 16-da baş tutacaq görüşə AZAL ev sahibliyi edəcək. 2-ci dövrədəki oyunda isə “Qarabağ” ev sahibliyi hüququndan yararlanacaq. Artıq tərəflər bu barədə Peşəkar Futbol Liqasına müraciət ediblər.
Qeyd edək ki, AZAL - “Qarabağ” oyunu sentyabrın 16-da Şüvəlandakı “AZAL Arena”da keçiriləcək. Oyunun keçirilmə vaxtı 18:30-a təyin olunub.
