11 sentyabr 2012 14:45
Portuqaliya yığmamızla oyun öncəsi itki ilə üzləşdi
Futbol üzrə Portuqaliya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, portəgizlərin heyətində Migel Velozo yığmamızla oyunu buraxmalı olacaq.
Buna onun oyun öncəsi son məşqdə zədə alması səbəb olub. Halbuki, bu futbolçunun komandamıza qarşı ilk dəqiqələrdən oynaması gözlənilirdi.
Artıq Velozonu kimin əvəzləyəcəyi də bəllidi. Baş məşqçi Paulo Bento bu futbolçunun əvəzində Migel Kustodionun xidmətindən yararlanmalı olacaq.
