11 sentyabr 2012 14:57
Şahin Diniyev: Portuqaliyaya minimal hesabla məğlub olmağımız uğurlu nəticə sayılacaq
Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev yığmamızın Portuqaliya ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Reallıq ondan ibarətdi ki, indi bizim Portuqaliyaya minimal hesabla məğlub olmağımız uğurlu nəticə sayılacaq. Azərbaycanın müsbət nəticəyə nail olmaq şansları demək olar ki, yoxdu. Qrupun favoriti sayılan bir komanda autsayderlə ev oyununda xal itirməməlidi. AÇ-2008-in seçmə mərhələsində biz nisbətən güclü Portuqaliya ilə mübarizə aparmışdıq. Amma indi də bu komanda az artırmayıb. Komandamızın əsl gücü bu oyundan sonra bilinəcək. Azərbaycan yığmasının nəyə qadir olduğunu görəcəyik”.