11 sentyabr 2012 15:02
UEFA Neftçinin rəqiblərini cəzalandırdı
Bir müddət öncə UEFA-nın avrokuboklarda çıxış edən bəzi klublara sərt cəza verməyə hazırlaşdığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu 27 klubun maliyyə işlərində yol verdikləri qanun pozuntularına görə cəzalanacağını bəyan etmişdi.
Artıq UEFA gözlənilən cəzanı açıqlayıb. Lakin son anda 23 klub cəzalanıb. Görünür digər 4 kluba müəyyən məqamlara görə güzəşt edilib.
Cəzalanan klublar arasında Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki iki rəqibi də var. Bunlar Serbiyanın “Partizan” və Rusiyanın “Rubin” klublarıdı. Eyni zamanda qardaş Türkiyənin “Eskişehirspor” və “Fenerbahçe” klubları da cəzadan yan qaça bilməyib.
Verilən cəzaya gəlincə, UEFA aşağıda adları çəkilən klubların bu avrokuboklar mövsümündəki iştiraka görə əldə etməli olduqları mükafatlardan məhrum edib. Bir sözlə, cəzalanan 23 klub UEFA-nın verməli olduğu gəlirləri əldə edə bilməyəcəklər.
Digər klublara, işçilərinə və futbolçularına borcu olan, eləcə də vergi borclarını ödəyə bilmədiyi üçün cəzalanan klubların tam siyahısı belədi:
Borac (Bosniya)
Sarajevo (Bosniya)
Zelezniçar (Bosniya)
CSKA (Sofiya, Bolqarıstan)
Hajduk (Xorvatiya)
Osijek (Xovatiya)
Atletico (İspaniya)
Malaga (İspaniya)
Maccabi (Netanya, İsrail)
Shkendija (Makedoniya)
Floriana (Malta)
Buduçnost (Monteneqro)
Rudar (Monteneqro)
Ruch (Polşa)
Sporting (Portuqaliya)
Dinamo (Buxarest, Rumıniya)
Rapid (Buxarest, Rumıniya)
Vaslui (Rumıniya)
Rubin (Rusiya)
Partizan (Serbiya)
Vojvodina (Serbiya)
Eskişehirspor (Türkiyə)
Fenerbahçe (Türkiyə)
