11 sentyabr 2012 15:11
Gürcüstan prezidenti AFFA prezidentini mükafatlandırdı (VİDEO)
Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanın Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və AFFA-nın prezidenti Rövnəq Abdullayevi mükafatlandırıb. Azerisport.az xəbər verir ki, ölkə rəhbəri AFFA-başçısını Gürcüstanın “Şərəf” ordeni ilə təltif edib.
Qeyd edək ki, Rövnəq Abdullayevin başçılıq etdiyi SOCAR Gürcüstanda bir sıra layihələrə sponsporluq edir. Şirkət həmçinin Gürcüstan milli komandasının sponsporudu.
