11 sentyabr 2012 15:35

Fan Zona əyləncəsi start götürür

Bu il 22 sentyabr - 13 oktyabr tarixlərində ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararsı dünya çempionatının ən əyləncəli hissəsi olan Fan Zona Dənizkənarı Parkda quraşdırılmağa başlayıb. Azerisport.az xəbər verir ki, Fan Zonada çempionatın milli dəstəkçiləri SOCAR, Bakcell, Xalq Bank və Paşa Sığorta, eləcə də VISA, Hyundai, Coca Cola kimi FIFA partnyorlarının da stendləri daxil olmaqla 12 stend və müxtəlif attraksionlar quraşdırılacaq.
 
Fan Zonanın əsas məqsədi yalnız stadionlarda deyil, həmçinin şəhər mərkəzində də futbol atmosferi yaratmaq, çempionat ab-havasını şəhər əhalisinə hiss etdirməkdir. 3000 m2 sahədə quraşdırılacaq Fan Zona Dövlət Kukla Teatrının arxa hissəsindən başlayan böyük bir sahəni əhatə edəcək. Girişi pulsuz olacaq Fan Zonada azarkeşlər attraksionlardan istifadə edə və çoxlu pulsuz hədiyyələr qazana, həmçinin hər axşam təşkil olunacaq lotoreyaya qoşula və əylənə bilərlər. Çempionat həyəcanını yaşamaq istəyən hər kəsin stendlərdən həmin günün konsert proqramı ilə bağlı məlumat almaq imkanı da olacaq. 15 sentyabr tarixində açılacaq və çempionatın final gününə qədər davam edəcək böyük əyləncə bazarında müxtəlif suvenirlərin, çempionatı simvolizə edən kiçik əşyaların satışı da təşkil olunacaq. Burada həmçinin başı əyləncəyə qarışıb yeməyi unudan əyləncəsevərlər üçün yemək satışı, çempionat həyəcanından təsirlənib oyunu seyr etmək istəyənlər üçün bilet satışı da təşkil olunacaq.
 
Qalibiyyət üçün 32 oyun, 90 dəqiqə mübarizə aparacaq 16 komandanı dəstəkləmək, sevdiyiniz ölkəyə azarkeşlik etmək və ya ümumilikdə futbol eşqini üzərinizdə daşımaq, simanıza həkk etmək üçün “face painting” (üz rənglənməsi) nöqtəsi də sizlərə təqdim ediləcək.
Qeyd edək ki, 29 gün davam edəcək Fan Zona əyləncəsi müddətində yerli və xarici müğənnilərin iştirakı ilə möhtəşəm konsert proqramları təşkil olunacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.