11 sentyabr 2012 16:01
Neftçinin rəqibi qələbə qazandı
Rusiyanın “Rubin” klubu yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi “Amkar”la qarşılaşıb.
Görüş tatarların qələbəsi ilə başa çatıb – 1:0. “Rubin”in yeganə qoluna Karlos Eduardo imza atıb.
Qeyd edək ki, “Rubin” Avropa Liqasında Azərbaycan çempionu “Neftçi” ilə eyni qrupda yer alır.
