11 sentyabr 2012 16:28
“Komanda yoldaşlarım İsrail ilə heç-heçəyə görə məni təbrik etdilər”
Türkiyənin “Denizlispor” klubunun müdafiəçisi Rail Məlikov futbol üzrə Azərbaycan millisinin İsraillə heç-heçəsini şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Yığmamızın İsraillə heç-heçə etməsi məni çox sevindirdi. Komanda yoldaşlarım da buna görə məni təbrik etdilər. Ümid edirəm ki, Braqadakı oyunda da müsbət nəticəyə nail ola biləcəyik. Mən sürpriz gözləyirəm. Fikrimcə, uşaqlar buna nail olacaq gücdədilər”.