11 sentyabr 2012 17:38
Azərbaycan çempionu yenə İspaniyaya gedə bilər
Sentyabrın 13-də Nyonda UEFA Kubokunun elit raundunun püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq UEFA elit raunda qrup oyunlarına ev sahibliyi edəcək klubların adlarını da açıqlayıb.
Bunlar İspaniyanın “Murcia”, Serbiyanın “Ekonomac”, Gürcüstanın “İberiya” və Sloveniyanın “Litija” klublarıdı.
Bütövlükdə isə siyahıda Azərbaycan çempionu “Araz” və daha 11 klub yer alır. Bunlar “Dyor” (Macarıstan), “Luparense” (İtaliya), “Slov-Matic” (Slovakiya), “Nikars” (Latviya), “Energia” (Ukrayna), “Chrudim” (Çexiya), “Dinamo” (Moskva, Rusiya), MNK (Xorvatiya), “Barcelona” (İspaniya), “Benfica” (Portuqaliya) və “Kayrat”dı (Qazaxıstan).
Qeyd edək ki, “Araz” ötən mövsüm elit raundda İspaniyanın “Barcelona” klubu ilə eyni qrupda yer almışdı.
