11 sentyabr 2012 17:51
Sumqayıt İnterlə oyuna Dalğa Arenada hazırlaşır
Premyer Liqanın 5-ci turu çərçivəsində sentyabrın 15-də səfərdə “İnter”lə qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını “Dalğa Arena”da davam etdirir. Azerispor.az xəbər verir ki, komanda itkisiz hazırlaşır.
İki gün əvvəl məşqlərdə zədələnmiş Ceyhun Sultanov və Ramil Həşimzadə fərdi məşqlərlə kifayətlənib. Emin Cəfərquliyev isə tam olaraq hazırlıqlarda iştirak edir.
“Sumqayıt”ın sabahkı hazırlığı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq. Komanda saat 11:00 və 17:00-da məşqə çıxacaq.
