11 sentyabr 2012 18:07

“Portuqaliya ilə oyunda yığmamız üçün olduqca çətin olacaq”

“Sumqayıt” Futbol Klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov komandanın hazırlığı barəsində açıqlama verib. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 33 yaşlı futbolçu sabahdan etibarən komanda ilə birlikdə məşqlərə başlayacağını deyib:
 
“Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilə bizə yaxşı təsir etdi. Var qüvvəmizlə hazırlığımızı davam etdiririk. Uşaqlarda əhval ruhiyyə yüksəkdir. Əsas məqsədimiz normal hazırlaşıb “İnter”lə qarşılaşmada uğurlu nəticə qazanmaqdır. İnşallah paytaxt klubu ilə görüşdə sərfəli nəticə əldə edib uğursuzluq zolağından çıxarıq. İki gün əvvəl məşqdə zədələnmişdim. Lakin indi yaxşıyam, bu gün fərdi məşqlərlə kifayətləndim. Sabahdan etibarən isə komanda ilə birlikdə hazırlaşacağam”.
 
Ceyhun Sultanov həmçinin Azərbaycan yığmasının bu gün Portuqaliya ilə keçiriləcək oyunu haqqında da fikirlərini bildirib: “İsraillə oyunu canlı izlədim. Komanda ilk yarıda o qədər də yaxşı oynamadı. Amma ikinci hissədə millimiz daha inamlı təsir bağışladı. Qaldı ki, bu gün Portuqaliya ilə keçiriləcək görüşə, oyun yığmamız üçün olduqca çətin olacaq. 2006-cı ildə Portuqaliyada baş tutan matçda mən millinin heyətində yer almışdım. Priney təmsilçisinin gücü hər kəsə məlumdur. Yığma komandamıza bu günki qarşılaşmada uğurlar arzulayıram”.
 
Qeyd edək ki, Ceyhun Sultanov 7 oktyabr 2006-cı ildə Portuqaliya - Azərbaycan görüşündə forma geyinib (0:3).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.