11 sentyabr 2012 18:27
Neftçinin rəqibi Obafemi Martins xəbərlərini təkzib etdi
Rusiyanın “Rubin” klubunun hücumçusu Obafemi Martinslə yollarını ayırdığı barədə informasiyalar yayıldığını xəbər vermişdik. Lakin azerisport.az xəbər verir ki, Kazan təmsilçisi bu xəbəri təkzib edib.
Qeyd edək ki, bu klubun nigeriyalı hücumçusu ilə müqaviləsinin müddəti 2013-cü ilin yayında başa çatmalıdı. Lakin bildirilirdi ki, baş məşqçi Kurban Berdıyev bu forvardın xidmətində maraqlı olmadığından, rəhbərlik Martinslə daha erkən vidalaşmağa qərar verməli olub. Hətta onun
tezliklə İspaniyanın “Levante” klubuna keçəcəyi bildirilirdi.
Lakin çox keçməmiş klubun mətbuat xidmətinin rəhbəri Maksim Lopuxov yayılan xəbərləri təkzib edib. O, bildirib ki, Martins mövsümün geridə qalan oyunlarında forma geyməsə də, komandadan ayrılması gündəmdə deyil və “Rubin”də qalacaq.
Qeyd edək ki, “Rubin” Avropa Liqasında Azərbaycan çempionu “Neftçi” ilə eyni qrupda yer alır.
