11 sentyabr 2012 20:25
Azərbaycanın Portuqaliya ilə oyun üçün start heyəti
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçiriləcək oyun üçün start heyətini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis Braqada keçiriləcək görüşə bu heyəti buraxacaq:
Kamran Ağayev, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Vladimir Levin, Maksim Medvedev, Əli Gökdəmir, Ruslan Abışov, Rahid Əmirquliyev, Mahir Şükürov, Cavid Hüseynov, Cihan Özkara.
Kamran Ağayev, Elnur Allahverdiyev, Rəşad Sadıqov, Vladimir Levin, Maksim Medvedev, Əli Gökdəmir, Ruslan Abışov, Rahid Əmirquliyev, Mahir Şükürov, Cavid Hüseynov, Cihan Özkara.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu bu gecə Braqada keçiriləcək və Bakı vaxtı ilə 00:15-də start götürəcək.
