11 sentyabr 2012 22:34
Yığmamız Şaxtyordan qisasını aldı
Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığma komandası Ukraynada həyata keçirdiyi təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, U-15 yığmamız yenə “Şaxtyor” klubunun müvafiq yaş qrupundan ibarət komandasıyla qarşılaşıb.
Bu dəfəki görüşdə azərbaycanlı futbolçular üstün olublar. Millimizin 2:0 hesabıyla qalib gəldiyi görüşdə qolları Baxşəliyevlə Cəfərov vurublar.
Qeyd edək ki, ilk oyunda “Şaxtyor” millimizə 3:0 hesabıyla qalib gəlmişdi.
