11 sentyabr 2012 11:07

Subaşiç: Bu Portuqaliya ilə oynamaq olar

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç azerisport.az saytına müsahibəsində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağımız Portuqaliya ilə oyundan danışıb.
 
- Portuqaliya ilə oyundan nə gözləyirsiz? Onların Lüksemburqla matçına baxmısız?
- Bəli. Onların bu oyunda problemlə üzləşməsi çoxları üçün gözlənilməz oildu. Hesab edirəm ki, belə Portuqaliya ilə oynamaq olar. Çalışacağıq ki, bacardığımızı edək.
 
- İsraillə oyunda niyə qələbə qazana bilmədik?
- Əksər epizodlarda bəxt bizdən üz döndərdi. Özünüz də gördünüz ki, çoxlu qol vəziyyətlərimiz oldu. Rəqib qapısına çoxlu zərbələr endirsək də, istəyimizə nail ola bilmədik.
 
- Komandamızın oynaması üçün mütləq birinci qol buraxması lazımdı?
- Bu, çətin sualdı. Əgər bunun cavabını bilsəydim, elə oyundan əvvəl uşaqlara deyərdim ki, qol buraxmasınlar (gülür). Belə təsadüfi qol buraxmağımız üzücüdü. Buraxdığımız qol oyunun gedişinə uyğun deyildi.
 
- Şəxsən öz çıxışınız barədə nə deyə bilərsiz?
- Mən komandama faydalı olmağa çalışdım. Baş məşqçi 90 dəqiqə mənə güvənirsə, deməli, hər şey o qədər də pis deyil. Baxmayaraq ki, hücumçunun əsas vəzifəsi qol vurmaq olsa da, bunu həyata keçirə bilmədim.
 
- İsrailli ucaboy müdafiəçilər arasında o qədər də rahat olmadığınız hiss olunurdu...
- Əlbəttə, rahat deyildi. Ümumiyyətlə, onlarla hava toplarında mübarizə aparmaq çox çətin idi. Axı israilli futbolçuların əksəri Avropanın aparıcı çempionatlarında çıxış edirlər.
 
- Sizcə, bu heç-heçə daha çox kimi qane etdi?
- Əlbəttə, İsraili. Onlar heç-heçəyə görə sevinməlidilər. Bizim üçün isə bu, iki xal itkisidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.