11 sentyabr 2012 11:44
Portuqaliya – Azərbaycan matçında anşlaq!
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək Portuqaliya – Azərbaycan matçına bilet satışı başa çatıb. Azerisport.az xəbər verir ki, artıq qarşılaşma üçün satışa çıxarılan 30 min biletin hamısı satılıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının prezidenti Fernandi Qomeş məlumat verib. O, buna görə azarkeşlərinə təşəkkürünü bildirməklə yanaşı, yığmanın belə dəstəyə layiq olduğunu da vurğulayıb.
Qeyd edək ki, qarşılaşma bu gün Braqadakı AXA stadionunda keçiriləcək. Arena 30 286 azarkeş tutumuna malikdi.
