11 sentyabr 2012 11:53
Neftçinin rəqibi hücumçusu ilə yollarını ayırdı
Rusiyanın “Rubin” klubu hücumçusu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi Obafemi Martinslə müqavilənin ləğvinə qərar verib.
Nigeriyalı hücumçu ilə müqavilənin müddəti 2013-cü ilin yayında başa çatmalı idi. Lakin baş məşqçi Kurban Berdıyev bu forvardın xidmətində maraqlı olmadığından, rəhbərlik Martinslə daha erkən vidalaşmağa qərar verməli olub.
Qeyd edək ki, Martinsin tezliklə İspaniyanın “Levante” klubuna keçməsi gözlənilir. “Rubin” isə Avropa Liqasında Azərbaycan çempionu “Neftçi” ilə eyni qrupda yer alır.
