11 sentyabr 2012 00:26
“Biz Bakıda qələbəyə layiq deyildik”
Futbol üzrə İsrail yığmasının futbolçusu Tal Ben Haim DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, Bakıda keçirilmiş görüşlə (1:1) bağlı bunları dilə gətirib:
“Şübhəsiz ki, bizdə müəyyən problemlər var. Axı 40 ildi heç nəyə nail ola bilmirik. Azərbaycanla oyunda əldə edə bilmədiyimiz qələbəni indi Rusiya ilə qarşılaşmada qazanmalıyıq. Biz Bakıda qələbəyə sadəcə layiq deyildik”.
