11 sentyabr 2012 00:37
Kapello: Azərbaycan - İsrail matçını diqqətlə izləmişəm
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - İsrail oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, Bakıda keçirilmiş görüşlə (1:1) bağlı bunları dilə gətirib:
“Mən İsrail yığmasının son iki oyununu – Macarıstan və Azərbaycanla görüşlərini diqqətlə izləmişəm. Sabah (bu gün – azerisport.az) Rusiya yığması bu rəqiblə görüşə ancaq qələbə üçün çıxacaq. Komandada heç bir zədəli futbolçu yoxdu. Heyəti bu gün üçün tam hazır olan futbolçulardan qururam. Əgər kiminsə oyun təcrübəsi yoxdursa, o, bu problemini klubunda həll etmək üçün əlindən gələni etməlidi. Yığmanın qapıları hər kəsin üzünə açıqdı. Amma mən yığmaya 23 futbolçudan artığını çağıra bilmərəm”.
Qeyd edək ki, Rusiya yığması bu gün İsrailin qonağı olacaq.
