12 sentyabr 2012 10:14
Bakı və AZAL-ın futbolçuları darmadağına üzüldülər
Futbol üzrə Latviya millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun komandası Bosniya və Herseqovinanın qonağı olub.
Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bosniya və Herseqovinadan Zvezdan Misimoviç (2), Miralem Pyaniç və Edin Dzeko, Latviyadan isə Kaspar Qorks fərqlənib.
Bu oyunda Azərbaycan Premyer Liqasının 3 futbolçusu forma geyib. Aleksandr Starkov AZAL-dan Oskar Klyava və “Bakı”dan Denis İvanova start heyətində şans verib. Onlar matçı əvəzedilmədən keçiriblər. “Bakı”nın hücumçusu Maris Verpakovski isə 61-ci dəqiqədə Aleksey Vişkakovun yerinə meydana çıxıb.
