12 sentyabr 2012 10:26
AZAL və Bakının oyunçuları Yunanıstana uduzdu
Futbol üzrə Litva millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, litvalılar Yunanıstanın qonağı olub.
Oyun yunanların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yunanıstan yığmasının qollarına Sotiris Ninis və Kostas Mitroğlu imza atıb.
Oyunda Premyer Liqamızın iki futbolçusu forma geyinib. Litva yığmasının baş məşqçisi Çaba Laslo AZAL-ın üzvü Andrius Veliçkanı start heyətində meydana buraxıb və 76-cı dəqiqədə Arvidas Novikovasla əvəzləyib. Ehtiyatda qalan “Bakı”nın oyunçusu Deyvidas Çesnauski isə 46-cı dəqiqədə Valdemar Borovskijin yerinə oyuna daxil olub.
