12 sentyabr 2012 10:35
Bakının futbolçusu İspaniyaya qarşı forma geyə bilmədi
Futbol üzrə Gürcüstan yığması DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə millisi İspaniyanı qəbul edib.
Son Avropa və dünya çempionu çətin qələbə qazanıb. Qarşılaşmanın yeganə qoluna 86-cı dəqiqədə Roberto Soldado imza atıb.
Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya yığmaya çağırdığı Premyer Liqamızın yeganə iştirakçısı Georgi Popxadzeyə oynamaq şansı verməyib. “Bakı”nın üzvü qarşılaşmanı ehtiyat oyunçular skamiyasından izləyib.
