12 sentyabr 2012 10:47
AZAL-ın futbolçusu oynadı, Rəvanın üzvü kənardan izlədi
Futbol üzrə Moldova yığması DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, moldovalılar Polşanın qonağı olublar.
Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Polşanın heyətində Yakub Blaşikovski və Yakub Vavrinyak fərqlənib.
Bu oyunda Premyer Liqamızdan bir futbolçu iştirak edib. Moldova yığmasının baş məşqçisi İon Karas AZAL-ın futbolçusu Artur Patraşı start heyətində meydana buraxıb və 46-cı dəqiqədə Georgi Ovseannikovla əvəzləyib. “Rəvan”ın futbolçusu Nikolay Orlovski isə 23-lüyə düşməyib.
