12 sentyabr 2012 11:06
Cavid Hüseynov: Bizim də Portuqaliya ilə oyunda bəxtimiz gətirmədi
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Böyükhesablı məğlubiyyət oyuna görə oldu?
- Biz Portuqaliyaya nəticə qazanmaq üçün gəlmişdik. Meydana uduzmaq üçün çıxmamışdıq. Əsasən əks-hücumlara bel bağlayırdıq.

- Bəs niyə heç nə alınmadı?
- Ola bilsin ki, daha fəal olmalıydıq. Daha çox ötürmələrdən istifadə etməliydik. Pis oynadığımızı düşünmürəm. Hər halda bütün bacarığımızı nümayiş etdirə bilmədik. Görünür, rəqib bu qədər imkan verdi.

- Əsas heyətdə meydana çıxacağınızı gözləyirdiniz?
- Buna baş məşqçi qərar verir. Şadam ki, mən də bu oyunun iştirakçısı oldum. Amma təəssüf ki, nəticə istədiyimiz kimi olmadı.

- Belə oyunla qarşıdakı görüşlərdə nəyə ümid edə bilərik?
- Bu gün biz dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Hansı ki, son Avropa çempionatında üçüncü olmuşdu. Bu, sıradan rəqib deyildi. Onlar qarşılarına ən yüksək hədəfləri qoyublar.

- Razısız ki, komandamızın bəxti də gətirdi və hesab daha böyük ola bilərdi?
- Razıyam. Kamran Ağayev bir neçə vacib epizodda komandamızı qoldan xilas etdi. Amma bizim də bir neçə hücumumuz oldu ki, bəxtimiz gətirmədi.
- Rusiya ilə səfər oyununda nəyə ümid edə bilərik?
- Rusiya ilə tam fərqli oyun olacaq. Düzdü, onlar da son dövrlər çox güclü inkişaf ediblər. Amma biz onları çox yaxşı tanıyırıq. Ruslarla daha asan olacağını düşünürəm. Necə də olmasa, Portuqaliya qrupun favoritidi.

- “Adana Demirspor” sizi bu oyuna necə uğurladı?
- Konkret heç nə demədilər. Sadəcə, uğur arzuladılar. Əlbəttə, onlar da istərdilər ki, Azərbaycan yığması uğur qazansın.