12 sentyabr 2012 11:21
Qarabağın üzvü məğlubiyyətə üzüldü
Futbol üzrə Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, albanlar İsveçrənin qonağı olublar.
Oyun İsveçrənin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Herdan Şaqiri və Gökhan İnler fərqlənib.
Albaniya yığmasının baş məşqçisi Canni De Byasi “Qarabağ”ın futbolçusu Ansi Aqollini start heyətində meydana buraxıb və əvəzləməyib. Onunla yanaşı, AZAL-ın sabiq üzvü Ervin Bulku da 90 dəqiqə meydanda olub.
