12 sentyabr 2012 11:30
“Azərbaycanı daha böyük hesabla yenə bilərdik”
Futbol üzrə Portuqaliya yığmasının futbolçusu Joao Moutinyo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Azərbaycan üzərində qələbə bizim üçün çox vacib idi. Amma top rəqib komandanın qapısına girmək istəmirdi. Fasilədən sonra daha çox qol vəziyyəti yaratmağa başladıq. Nəticədə də 3 qol vurduq. Fkrimcə, hesab daha böyük ola bilərdi. Sadəcə, bir qədər uğur çatışmadı”.
