12 sentyabr 2012 11:48
Vladimir Levin: Təəssüf ki, hesab belə alındı
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Vladimir Levin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandaya bu qədər qol epizodu yaratmağa imkan vermək olmaz. Əvəzində özümüz cəmi iki qol vəziyyəti yaratdıq. Təəssüf ki, hesab belə böyük oldu”.
