12 sentyabr 2012 12:41
Berti Foqts yığmadan ayrıldı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Braqada keçirilən Portuqaliya – Azərbaycan oyunundan sonra baş məşqçi Berti Foqts vətəninə yola düşüb. Azerisport.az xəbər verir ki, komandamızla birgə Bakıya qayıtmayan almaniyalı mütəxəssis Portuqaliyadan birbaşa Almaniyaya getməyə qərar verib.
Onun Bakıya növbəti səfəri isə oktyabr ayına nəzərdə tutulub. Belə ki, yığmamız oktyabrın 16-da seçmə mərhələdəki üçüncü oyunu çərçivəsində Rusiyanın qonağı olacaq.
