12 sentyabr 2012 13:00
Yığma komandamız Bakıya döndü
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Braqada keçirilən Portuqaliya – Azərbaycan oyunundan sonra vətənə yola düşən yığmamız artıq Bakıdadı. Azerisport.az xəbər verir ki, komandamızı gətirən təyyarə təxminən saat 13:00 radələrində Bakı Hava Limanına enib.
Qeyd edək ki, baş məşqçi Berti Foqts millimizlə birgə Bakıya qayıtmayıb. O, Portuqaliyadan birbaşa Almaniyaya getməyə qərar verib.
