12 sentyabr 2012 13:07
Elnur Allahverdiyev: Braqada yorğunluq öz sözünü dedi
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Elnur Allahverdiyev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiz?
- Oyun gözlədiyimiz kimi, çətin keçdi. Komandamız bütün oyun ərzində vuruşdu. Amma sonda yorğunluq öz sözünü dedi.
- Oyun gözlədiyimiz kimi, çətin keçdi. Komandamız bütün oyun ərzində vuruşdu. Amma sonda yorğunluq öz sözünü dedi.
- Yığmamız bu oyunda bütün bacarığını ortaya qoya bildi?
- Xeyr. Heç də bütün bacarığımızı nümayiş etdirə bilmədik. Əks halda belə böyük hesabla məğlub olmazdıq.
- Xeyr. Heç də bütün bacarığımızı nümayiş etdirə bilmədik. Əks halda belə böyük hesabla məğlub olmazdıq.
- Hesab 0:3 olarkən futbolçularımızın vaxt öldürməsini izləmək çox ağır idi...
- İnanın ki, biz vaxt öldürmürdük. Sadəcə, yorulmuşduq. Belə oyunlarda tez yorğunluq yaranır. Oyunun sonlarında tamam əldən düşmüşdük.
- Dünyanın ən yaxşı futbolçularından birinə - Ronaldoya qarşı oynamaq necə idi?
- Təbii ki, çətin idi. O, Avropanın, dünyanın ən yaxşı futbolçularındandı. Mən də ona qarşı mümkün qədər yaxşı oynamağa çalışırdım. Fikrimcə, bu, hardasa alındı. Çünki Ronaldo qol vura bilmədi.
- Təbii ki, çətin idi. O, Avropanın, dünyanın ən yaxşı futbolçularındandı. Mən də ona qarşı mümkün qədər yaxşı oynamağa çalışırdım. Fikrimcə, bu, hardasa alındı. Çünki Ronaldo qol vura bilmədi.
- Komandamızın oyununu necə dəyərləndirərdiniz?
- Biz dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Əsas gücümüzü müdafiəyə, qapımızın toxunulmazlığına yönəltmişdik. Bəlkə də buna görədi ki, çox yorulmuşduq.
- Biz dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Əsas gücümüzü müdafiəyə, qapımızın toxunulmazlığına yönəltmişdik. Bəlkə də buna görədi ki, çox yorulmuşduq.
- 0:3 ədalətli nəticədi?
- Fikrimcə, bəzi epizodlarda bizim də bəxtimiz gətirmədi. Digər tərəfdən daha pis də ola bilərdi. Biz rəqibdən qorxmurduq. Məhz böyük hesabla uduzmaqdan qorxurduq ki, o da oldu.
