12 sentyabr 2012 13:19
Kamran Ağayev millimizə çağırılmaya bilər
Kamran Ağayev bundan sonra futbol üzrə Azərbaycan yığmasına çağırılmaya bilər. Azerisport.az xəbər verir ki, millimizin əsas qapıçısı özünə yeni klub tapmasa və yenə oyun təcrübəsi qazana bilməsə, ölkənin əsas komandasından kənar qalacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” bu qapıçını transferə çıxarsa da, Kamran özünə klub tapa bilməyib. Cənub klubu isə Ağayevi əvəzedici heyətə göndərib.
