12 sentyabr 2012 13:43

Qəbələnin Kəpəzlə 7-ci dueli

Həftəsonu Azərbaycan Premyer Liqasında V turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, “Qəbələ” bu turda “Kəpəz”lə qarşılaşacaq.
 
Bu görüş komandalar arasında 7-ci duel kimi tarixə düşəcək. Sentyabrın 15-də Gəncədə baş tutacaq qarşılaşmayadək rəqiblər artıq 6 dəfə münasibətlərini ayırd edib.
 
- Bu qarşılaşma “Qəbələ”nin Fatih Kavlakın rəhbərliyi altında çıxdığı 25-ci Premyer Liqa oyunu olacaq. Əvvəlki 24 matçda 13 qələbəyə sevinən türkiyəli 5 dəfə heç-heçə görüb və cəmi 6 dəfə yetirmələri onu məyus edib. Bu oyunlarda top fərqi 37:21-dir.
 
- 6 oyunun hamısı Premyer Liqa çərçivəsində baş tutub. Bunların 4-ü 2010/11, 2-si 2011/12 mövsümündə baş tutub. Qarşılaşmaların 4-ü çempionatın təsnifat, 2-si “altılıq” mərhələsində keçirilib.
- Komandalar hərəyə 1 qələbə qazanıb, 4 dəfə isə heç-heçə ilə kifayətləniblər.
- “Qəbələ” “Kəpəz”lə oyunlarda 5 qol vurub 4-nü buraxıb.
- İlk oyunda “Kəpəz” “Gəncə” adı altında çıxış edib.
- Bu komandaların oyunlarında hələ ki, qonaqlar qalib gəlməyib.
- 4-cü dəfə Gəncənin qonağı olacaq “Qəbələ” səfərdə 2 heç-heçə edib və 1 dəfə məğlub olub. Topların fərqi isə 2:3-dür.
- “Kəpəz”lə oyunlarda “Qəbələ”nin 2 baş məşqçisi olub. İlk 5 oyunda Toni Adams 1 qələbə və 4 heç-heçəyə nail olub (top fərqi 3:1). Fatih Kavlak isə “Kəpəz”lə yeganə dueldə 2:3 hesablı məğlubiyyətə üzülüb.
- “Kəpəz”lə oyunlarda 32 futbolçu “Qəbələ”nin formasını geyib. 
- Bu oyunçulardan 10-u 2 mövsümdə - həm 2010/11, həm də 2011/12 mövsümündə gəncəlilərə qarşı oynayıb.
- 5 oyunçu - Pavel Doroşev, Lyubo Baranin, Stiv Olfers, Abdulkader Kamara və Arif İsayev hamıdan çox - 5 dəfə “Kəpəz”lə matçlarda meydana çıxıb.
- Bu oyunçulardan ikisi – Baraninlə Olfers daha çox – 450 dəqiqə meydanda olub.
- “Kəpəz”in qapısına vurulan 5 qolu ayrı-ayrı futbolçular vurub. Lyubo Baranin, Deon Barton, Murad Hüseynov, Luiz Hilario və Yannik Kamanan gəncəlilərlə qarşılaşmada fərqləniblər
- Komandanın “Kəpəz”lə oyunlarda buraxdığı 4 qoldan 3-nü Qrem Smit, 1-ni Pavel Doroşev buraxıb.
- “Qəbələ”nin 3 oyunçusu “Kəpəz”lə matçlarda meydandan qovulub. Bunlar Deon Barton, Bruno da Silva, Pavel Doroşevdir.
- Bruno 2-ci sarı vərəqəyə görə meydanı tərk edib. Doroşevlə Barton isə birbaşa qırmızı vərəqə alıblar.
- Qırmızıya çevrilən sarıları nəzərə almasaq “Kəpəz”lə oyunlarda 9 futbolçu 13 xəbərdarlıq alıb: Qoqa Beraya - 3, Stiv Olfers, Deon Barton – 2, Lyubo Baranin, Abdulkader Kamara, Nodar Məmmədov, Saşa Yunisoğlu, Mahir Şükürov, Veselko Trivunovic – 1.
 
"Qəbələ" ilə "Kəpəz"in bütün oyunları
2010/11 31.10.2010 Premyer Liqa Gəncə - Qəbələ 0:0
2010/11 27.02.2011 Premyer Liqa Qəbələ - Gəncə 0:0
2010/11 02.04.2011 Premyer Liqa Qəbələ - Gəncə 1:1
2010/11 12.05.2011 Premyer Liqa Gəncə - Qəbələ 0:0
2011/12 16.10.2011 Premyer Liqa Qəbələ - Kəpəz (Gəncə) 2:0
2011/12 07.03.2012 Premyer Liqa Kəpəz (Gəncə) - Qəbələ 3:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.