12 sentyabr 2012 14:17
Nanidən Kamran Ağayevə tərif
Futbol üzrə Portuqaliya yığmasının futbolçusu Nani DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çətin oyun oldu. Amma biz belə olacağını gözləyirdik. Komandamız daha çox müdafiə olunurdu. Buna baxmayaraq, sonda ədalət bərpa olundu və biz layiqli qələbə qazandıq. Varelanın qolu zamanında gəldi. Onun meydana çıxması da komandamızın oyununu yaxşıya doğru dəyişdi. Kamran Ağayevin oyunu xoşuma gəldi. O, bu gün əla oyun sərgilədi. Hesab edirəm ki, bu gün məhz onun bir neçə seyvi Azərbaycan yığması üçün çox önəmli oldu. Hər şeyə rəğmən, şadam ki, üç xalı qazana bildik. Bu, bizə çox lazım idi”.
