12 sentyabr 2012 15:36
Turandan daha 3 transfer
Turan növbəti transferlərini həyata keçirib. Azerisport.az xəbər verir ki, Tovuz klubu üç futbolçu ilə müqavilə bağlayıb.
Bunlar Marius Kazlauskas, Aleksandr Krutskeviç və Ender Günlüdü. Krutskeviç Ukrayna vətəndaşıdı. Müdafiəçi 1980-ci il təvəllüdlüdü.
Ender Günlü türk əsilli Fransa vətəndaşıdı. O, yarımmüdafiəçidi və 1984-cü ildəndi.
Kazlauskas da 1984-cü ildəndi. Litvada anadan olan futbolçu müdafiə xəttində çıxış edir.
