12 sentyabr 2012 16:22
Böyük oyunun başlama saatı bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turn proqramı açıqlanıb. Azerisport.az xəbər verir ki, növbəti turun oyun cədvəli aşağıdakı kimidi.
Qeyd edək ki, turun ilk oyun günündə cəmi 1 görüş baş tutacaq. “Bakı” – “Turan”la münasibətlərinə aydınlıq gətirəcək.
İkinci oyun günündə “Kəpəz” “Qəbələ”ni, “İnter” “Sumqayıt”ı, “Rəvan” “Simurq”u qəbul edəcək. Günün daha prinsipial oyununda isə “Neftçi” ilə “Xəzər Lənkəran” qarşılaşacaq.
Nəhayət, son gündə AZAL “Qarabağ”la üz-üzə gələcək.
Premyer Liqa
5-ci tur
14 sentyabr (cümə)
“Bakı” – “Turan”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 20:00
15 sentyabr (şənbə)
“Kəpəz” - “Qəbələ”
Gəncə şəhər stadionu. Saat 17:00
“İnter” – “Sumqayıt”
“Şəfa” stadionu. Saat 19:00
“Rəvan” – “Simurq”
Bayıl Arena. Saat 19:00
“Neftçi” – “Xəzər Lənkəran”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:00
16 sentyabr (bazar)
AZAL – “Qarabağ”
AZAL Arena stadionu. Saat 18:30
