12 sentyabr 2012 16:58
Rusiya - Azərbaycan matçının yeri dəyişdirildi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərində keçiriləcək Rusiya - Azərbaycan oyununun stadionu dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, qarşılaşma, əvvəlcədən xəbər verildiyi kimi, "Lokomotiv" stadionunda deyil, "Lujniki" stadionunda keçiriləcək. Rusiya Futbol İttifaqı bu dəyişikliyin səbəbi kimi "Lokomotiv" stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasını göstərib.
