12 sentyabr 2012 17:15
Neftçi Rusiyada Macarıstan və Qazaxıstan komandaları ilə qarşılaşacaq
Xəbər verdiyimiz kimi "Neftçi"nin 13 yaşadək futbolçulardan ibarət komandası Rusiyada təşkil olunan Beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, artıq yarışın püşkatma mərasimi keçirilib.
Tədbirdə hazırda "Anji" klubunda oynayan, buna qədər isə "Real" Madrid klubunun şərəfini qorumuş Lassana Diarra və Rusiya futbolunun məşhur simalarından Andrey Tixonov da iştirak edib. Püşkatmanın nəticəsinə əsasən "Neftçi" Macarıstan və Qazaxıstan komandaları ilə eyni qrupda yer alıb.
