12 sentyabr 2012 18:34
Vladimir Levin: Bizim Portuqaliya ilə oyunda heç bir şansımız yox idi
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Vladimir Levin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirilən oyundan (0:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Sizin də yer aldığınız müdafiə xəttinin işi çox olan qarşılaşma ilə bağlı nə deyə bilərsiz?
- Belə oyundan sonra təəssüratlar necə ola bilər ki? Əlbəttə, rəqibin böyük təzyiqi var idi. Bu məğlubiyyətdən sonra nəsə demək çox çətindi.

- Komandamız bu oyuna iki həftə idi hazırlaşırdı. Bacardığınızın hamısını nümayiş etdirə bildiniz?
- Keçirdiyimiz iki oyuna müqayisə etsək, belə qənaətə gəlmək olar ki, İsraillə görüş daha yaxşı alındı. Həmin oyunda çoxlu qol vəziyyətləri yaratdıq ki, yararlana bilmədik. Bu dəfə isə əksinə oldu. Təhlükəli vəziyyətlər bizim qapımız qarşısında yaranırdı. Əlbəttə, Portuqaliya daha güclüdü və bu, normal sayıla bilər. Lakin istənilən halda qapımız qarşısında bu qədər qol vəziyyətinin yaranmasına imkan verməməliydik.

- Ümumiyyətlə Azərbaycan kimi komandaların Portuqaliya ilə səfər matçlarındakı şansları nə dərəcədə yüksəkdi?
- Düzünü deyim ki, heç bir şans yoxdu.
- Düzünü deyim ki, heç bir şans yoxdu.
- Belə çıxır ki, meydana uduzmaq üçün çıxmışdınız?
- Əlbəttə, uduzmamaq üçün. Amma belə oyunlarda ələ düşən hər şansdan maksimum yararlanmağın lazımdı.

- Biz nəsə yarada bildik?
- Bəli. Məsələn, künc zərbəsi zamanı mən qapıya dəqiq zərbə endirə bilərdim. Daha bir neçə oxşar zərbə anlarımız oldu. Onların qolları da gec oldu. Amma hər halda istədiklərinə nail oldular.

- Azərbaycanın səfər oyunlarındakı sindromu nə ilə bağlıdı?
- Dəqiq səbəbini mən də bilmirəm.
- Dəqiq səbəbini mən də bilmirəm.
- Çempionat oyunlarında dolu tribunalar qarşısında oynamamağınız sözünü deyir?
- Yəqin ki. Bunu əsas səbəb kimi deyə bilmərəm. Amma evdə daha asan olur. İstənilən halda bununla özümüzə bəraət qazana bilmərik.

- Hesab daha fərqli ola bilərdi?
- Fikrimcə, hə. Onlar çoxlu qol vəziyyətləri yaradırdılar.

- Kamran Ağayevin ən yaxşı sayılması ilə razısız?
- Tamamilə razıyam.
- Tamamilə razıyam.