12 sentyabr 2012 18:46
AÇ-2012-nin rəsmi mahnısının ifaçısı Bakıya gəlir
Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunmuş Fan Zona azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulmaqdadı. Azerisport.az xəbər verir ki, Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcək.
15 sentyabr - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda Kubok turunun bağlanış mərasiminə həsr olunmuş möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz, AÇ-2012-nin rəsmi mahnısının ifaçısı Okeana çıxış edəcək.
Okeana ilk dəfə dünya reytinqlərində hitə çevrilmiş "Cry Cry" mahnısı ilə məhşurluq qazanıb. Aşağıdakı link vasitəsi ilə videonu izləyə bilərsiniz. Qeyd edək ki, videonun müəllif haqları Ultra Records şirkətinə məxsusdur.
