12 sentyabr 2012 02:35
Foqts: Ümid edirəm ki, biz Portuqaliyadan nəsə öyrənə bildik
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirilən oyunu (0:3) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Portuqaliyalıların əla komandası var. Onlar son dəqiqələrə kimi vuruşdular. Üç xal qazanmaları münasibətilə təbrik edirəm. Öz komandama gəlincə, bizə fiziki nöqteyi nəzərdən dörd gündən bir oyuna çıxmaq çox ağırdı. Rəqib bütün oyun boyu bizi meydanın hər yerində təzyiq altında saxladı. Ümid edirəm ki, biz bu oyundan nəsə öyrənə bildik”.
