12 sentyabr 2012 02:40
Foqts: Deməzdim ki, Kamran bu gün ən yaxşılardan idi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirilən oyunu (0:3) şərh edərkən bildirib ki, Kamran Ağayevi millimizin heyətində ən yaxşı hesab etmir. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Deməzdim ki, Kamran bu gün meydanda ən yaxşılardan idi. Çünki biz qələbə qazananda da, məğlub olanda da buna komanda şəklində nail oluruq. Bu gün də məğlub olmuşuq”.
