12 sentyabr 2012 02:45
Paulo Bento: İlk hissədə bəxtimiz gətirmədi
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Fasiləyə qədərki 0:0 hesabını ədalətli hesab etmirəm. Bizim hesabı açmaq üçün kifayət qədər şansımız var idi. Sadəcə, bəxtimiz gətirmirdi. Şadam ki, ikinci hissədə komandam konsentrasiyanı itirmədi və sona qədər vuruşub, qələbə qazandı”.
